banner
banner

İdman

“Neftçi”nin qərarını anlamıram” – Yunis Hüseynov

“Neftçi”nin qərarını anlamıram” – Yunis Hüseynov
“O futbolçu dərhal Azərbaycandan qovulmalıdır. Fikirləşmədən. O özü  düşünmədən Azərbaycandan getməlidir. Əvvəlcə isə üzr istəməlidir”.
 
Bu sözləri Qol.az-a açıqlamasında “Xəzər lənkəran”ın sabiq baş məşqçisi Yunis Hüseynov deyib.
 
O, “Neftçi”nin rumıniyalı futbolçusu Katalin Tiranın “Qarabağ”la oyunda meydana girən azarkeşi vurmasını kəskin tənqid edib:
 
“Futbolçunun bu hərəkəti biabırçılıqdır. Azarkeş komandasına dəstək olmağa gəlir. Azarkeşsiz futbol oynamaq olmaz. Futbolun gözəlliyi azarkeşlərin çılğınlığındadır. Heç meydana girən azarkeş futbolçulara toxunmurdu”.
 
“Neftçi”  tərbiyəsiz hərəkətinə görə Katalin Tiranı yalnız məşqlərdən uzaqlaşdırmaqla kifayətlənib.
 
Y.Hüseynov uzun müddət formasını geydiyi “Neftçi”nin bu qərarını anlamadığını qeyd edib:
 
“Hansı addımı atacaqlarını özləri bilər. Ancaq bu hərəkəti edən futbolçu komandanın lideri, gözü olsa da, dərhal qovulmalıdır. Bu barədə heç düşünmək də lazım deyil”.
 
Y.Hüseynov Katalin Tiranın vurduğu azarkeş haqda  “Bilmirdim ki, o, bizim azarkeşimizdir. Elə bildim ki, "Qarabağ"ın azarkeşidir" deməsinə də münasibət bildirib: “Bu nə demədkir? Fərqi nədir ki? Sən kimsən ki, azarkeşin üstünə şığıyırsan? Yəqin ki, hamı mənim fikrimlə razılaşar. Futbolçunu düşünmədən qovmaq lazımdır”.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.