banner
banner

Sosİal

Azərbaycandakı “SPİD”li xəstələrin qorxunc - STATİSTİKASI

Azərbaycandakı “SPİD”li xəstələrin qorxunc -

Bu ilin 9 ayı ərzində Azərbaycanda 474 nəfər İİV-ə (insanın immunçatışmazlığı virusu) yeni yoluxub.

Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, onlardan 365-i (98%) Azərbaycan vətəndaşlarında, 9-u (2%) isə əcnəbilərdə aşkarlanıb. Qeydiyyata alınmış 365 yerli sakinlərdən 232-i (63,6%) kişi, 133-ü (36,4%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 118 nəfər Azərbaycan vətəndaşı olan İİV-li xəstə keçib və İİV infeksiyasından 43 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub.

2016-cı ilin 9 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olub: 
72 nəfər (19,7%) parenteral, 228 nəfər (62,5%) heteroseksual, 8 nəfər (2,2%) homoseksual kontakt nəticəsində, 5 nəfər (1,4%) şaquli yolla, 52 nəfərin (14,2%) yoluxma yolu müəyyənləşdirilməkdədir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2016-cı ilin 9 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 5025 İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 3642-si (73,2%) kişi, 1383-i (26,8%) qadındır. QİÇS mərhələsində olan İİV-lə yaşayan insanların sayı 1360 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 788 nəfər olub.

Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülmüş vətəndaşların 48,8%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 40,1%-də heteroseksual, 1,8%-də isə homoseksual kontakt nəticəsində, 1,8%-də anadan uşağa keçməklə, 7,5% -də yoluxma yolu müəyyən edilməyib.

Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində, bu ilin 9 ayı ərzində 114660 şəxs İİV-ə görə müayinəyə cəlb olunub. Bu il 79 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib ki, onlardan da 49 nəfəri yeni aşkar olunan şəxslərdir.

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.