banner
banner

Sosİal

200 yük maşını sürücüsünə protokol tərtib olundu

200 yük maşını sürücüsünə protokol tərtib olundu

“Azəravtoyol” ASC Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə bağlı tələbləri pozanlara qarşı mübarizəyə başlayıb.

Oktyabr ayından başlanan yoxlama tədbirlərinin son 10 günü ərzində 200-ə yaxın yük maşını sürücüsünə DYP əməkdaşları tərəfindən protokol tərtib olunub, 200-dən artıq avtonəqliyyat vasitələrinin sahiblərinə isə bununla bağlı xəbərdarlıq edilib. DYP əməkdaşları tərəfindən protokollar “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 34-1 və İnzibati Xətalar Məcəlləsinin 353-cü maddələrinin pozulmasına görə tərtib edilir, normadan artıq yüklərin boşadılması istiqamətində addımlar atılır. Yük maşınlarının hərəkətlərinə davam etməsinə yalnız bundan sonra icazə verilir.

Tələblərin pozulması halları “Azəravtoyol” ASC-nin M-1 Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 67-ci və 84-cü, həmçinin M-2 Baki-Ələt-Gazax-Gürcustan dövlət sərhədi avtomobil yolunun 46-cı və 244-cü km-də fəaliyyət göstərən Tərəzi Nəzarət Məntəqələrində öncədən görən elektron avtomobil tərəziləri vasitəsi ilə aşkarlanır. İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələbləri pozan şəxslər və hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri barədə məlumatların, habelə həmin nəqliyyat vasitələrinin foto və ya video görüntülərinin, inzibati xəta haqqında elektron protokolun tərtib edilməsi məqsədi ilə, real vaxt rejimində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülməsi üçün yol örtüyünün altında yerləşdirilmiş “Azəravtoyol” ASC-nin texniki vasitələr (elektron tərəzilər) həmin informasiya sisteminə inteqrasiya olunub. Bu üzdən tələbləri pozan və DYP əməkdaşının “saxla” əmrinə tabe olmayan sürücülərə qarşı onlayn rejimdə elektron protokol tərtib edilir və aidiyyəti üzrə qeydiyyat ünvanlarına göndərilməsi təmin olunur.

Bildirilir ki, aparılan yoxlamalar öz müsbət nəticəsini verib. Belə ki, mütəmadi aparılan yoxlamalar və tətbiq edilən cərimələr nəticəsində ilk günlərdən fərqli olaraq tələbləri pozanların sayı kifayət qədər azalıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.