Ötən ilin noyabr ayında paytaxtımızda qonaq olan məşhur serbiyalı modelyer İvana Sərt rol aldığı yeni filmdəki obrazı ilə izləyiciləri heyran edib.
ANS PRESS-in məlumatına görə, “Ben bilmem eşim bilir” proqamının aparıcısı olaraq tanıdığımız aktyor İlkər Ayrıkın rejissorluq etdiyi “yapışıq qardaşlar” filmində İvana Sərt Şeron Stounun çəkildiyi “Əsas instinkt”dəki erotik səhnələri imitasiya edib.
Filmin əsas mövzusu isə belədir: Həlim və Səlim adlı qardaşlar Balıkəsirdə birlikdə yaşayan yapışıq əkizlərdir. Hamı tərəfindən çox sevilsələr də, evlənə bilmirlər. Buna problem kimi isə onların yapışıq olmaları göstərilir. Əlacsız qalan əkizlər İstanbula gedirlər və orada Vəhşi Cazibə ilə rastlaşaraq həyatlarını dəyişirlər.
Qeyd edək ki, müğənni Halil Sezainin də fərqli obrazda çıxış etdiyi “Yapışıq qardaşlar” filmi yanvarın 30-da nümayiş olunacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.