Hazal Kaya, Sarp Levendoğlu və Kaan Taşaner 18-ci Mumbay Film Festivalının bağlanış mərasimində iştirak ediblər.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə gün öncə Antalya Film Festivalında 3 nominasiyada qalib gələn ssenarist Nursen Çetin Köreken də Mumbaydakı festivala qatılıb.
H.Kaya bildirib ki, Türkiyəni Hindistanda təmsil etdikləri üçün çox xobəxtdir:
“Etdiyimiz işlər sayəsində belə marağa səbəb olduğumuz üçün qürur duyuruq”.
Qeyd edək ki, festivalda 10 türk filmi iştirak edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.