“Mançester Siti”in baş məşqçisi Pep Qvardiola komandasının son uğursuz çıxışları haqda açıqlama verib.
İspaniyalı mütəxəssis İngiltərə Liqa kubokunda “Mançester Yuneyted”ə uduzduqları oyundan sonra keçirilən mətbaut konfransında maraqlı fikirlər səsləndirib:
“Mən ardıcıl 10 oyun qalib gələndə nə edirdimsə, indi də onu edirəm. Bu cür uğursuzluqlar bütün komandalarda olur. Hamı elə bilir mənim sehirli çubuğum var. Ancaq futbolda belə şey mümkün deyil. Düşünürəm ki, bu cür uğursuzluqlar çox davam etməyəcək”.
Qeyd edək ki, Qvardiola “Mançester Siti”də antirekorda imza atıb. Onun komandası ardıcıl 6 oyundur ki, qalib gələ bilmir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.