banner
banner

Dünya

Rusiyadan NATO-ya cavab: “Absurddur”

Rusiyadan NATO-ya cavab: “Absurddur”
Gəmilərimiz bundan əvvəl də Aralıq dənizində olub, şübhələnmək üçün bir əsas yoxdur.
 
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Andrey Kalin NATO-nun Baş katibi Yens Stoltenberqin açıqlamasına münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, Rusiya Hələbdə hava hücumlarını dayandırıb, Stoltenberqin narahatlığına heç bir səbəb yoxdur:
 
“Gəmilərimiz bundan əvvəl də Aralıq dənizində olub. Şübhələnmək üçün bir əsas yoxdur. Rusiya döyüş təyyarələri də Hələbdə əməliyyat keçirmir. Bu cür qeyri-dəqiq cümlələr qurub bunun üzərində siyasi maraqları müdafiə etməyin səbəbi nədir? Bu, tamamilə absurddur”.
 
Xatırladaq ki, Stoltenberq Rusiyanın “Admiral Kuznetsov” təyyarədaşıyan gəmisinin Aralıq dənizinə göndərilməsinin narahatlıq yaratdığını demişdi. Baş katib gəmidəki döyüş təyyarələrinin Hələbə hava zərbələri endirəcəyini iddia edib.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.