banner
banner

Gündəm

“Akula Akif” İspaniyada həbs olundu

“Akula Akif” İspaniyada həbs olundu

Eldar Mahmudovun təhlükəli xüsusi agenti, "Akula Akif" ləqəbli Akif Mustafayevin neçə vaxtdır gizləndiyi İspaniyada həbs olunması barədə xəbər yayılandan sonra onun vəkili bildirib ki, bu hadisə təqribən 10 gün əvvəl baş verib. "Akula" məhkəməyə çıxarılıb və həmin gün azad edilib. Daha sonra İspaniyanı tərk edib.

Vəkilin bu məlumatı "Akula"nın özündən aldığı, yaxud başqa mənbələrdən eşitdiyi məlum deyil. Eldar Mahmudovun sahibkarları talamaq və rüşvət yığmaq əməliyyatlarında istifadə etdiyi xüsusi agentinin həbsi barədə xəbəri İspaniyanın "La Vanguardia" qəzeti ötən gün, oktyabrın 28-də yayıb. Xəbərdə onun hansı tarixdə həbs olunduğu göstərilmir, ancaq bildirilir ki, 61 yaşlı Mustafayev İspaniya Milli Məhkəməsinə çıxarılıb və  barəsində ekstradisiya proseduru başladılıb.

İspaniyadan ekstradisiya proseduru olduqca mürəkkəbdir və çoxsaylı bürokratik əngəllərlə müşaiyət olunur. Proses aylarla, bəəzn illərlə vaxt apara bilər. Əgər bu ölkə məhkəməsi hesab etsə ki, şübhəlinin barəsində irəli sürülümüş ittihamların qurama olması riski var, o zaman ekstradisiyadan imtina olunur. 

Əgər "Akula"nın barəsində ekstradisiya proseduru başladılıbsa nə dərəcədə ağlabatandır ki, onu elə həmin gün azadlığa buraxsınlar? Hazırda İspaniya mənbələrində A.Mustafayevin saxlnılandan sonra azadlığa buraxılması haqda heç bir məlumat yoxdur. virtualaz.org məsələni Azərbaycan hüquq-mühafizə orqanları ilə aydınlaşdırmağa çalışır.

Xatırladaq ki, "Akula"nın İspaniyada olduğu çoxdan məlum idi və o, "şefi" işdən azad olunan günün ertəsi Bakıdan qaçmışdı. "Akula"nın Barselonda evi var və bu, ona imkan verir ki, İspaniyada yaşamaq hüququna malik olsun.

*   *   *18:33

“Akula Akif”i İspaniyanın Kataloniya əyalətinin Loryet-de-Mar bələdiyyəsinin polisi Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında həbs edib.

İspaniya mətbuatı yazır ki, Mustafayev 2015-ci ilin sentyabr ayında rüşvətxorluqda vasitəçilik etdiyi üçün həbs edilib. Hüquq-mühafizə orqanlarının məlumatlarına əsasən, rüşvətin həcmi 285 min dollar təşkil edib. Polis Akif Mustafayevin Barselona yaxınlığında olduğunu öyrəndikdən sonra təhqiqata başlayıb. Bir neçə aydan sonra Kosta-Brava kazinosu vasitəsilə onun izinə düşmək mümkün olub. Mustafayevin Azərbaycana təhvil verilməsi üzrə prosedur artıq başlanıb.

Əsl adı Akif İsmayıl oğlu Mustafayev olan “Akula Akif” uzun illər ərzində özünü məşhur iş adamı kimi qələmə verib. Əslində isə keşmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun xüsusi agenti və ən etibar etdiyi adam olub.

MTN-in bir çox yüksək rütbəli generalları və polkovnikləri vəzifə pillələrində yüksəlişlərinə görə Mahmudovun xüsusi agentinə borcludurlar. Mustafayev hələ SSRİ zamanında Təsərrüfat təhlükəsizliyi şöbəsində işlədiyi vaxtlardan nazirin sərhədsiz etibarını qazanmışdı. Mahmudovun dostları onu “kralın təlxəyi” adlandırsalar da, Mustafayevdən ehtiyat edirdilər.

O, ən varlı iş adamları barədə bütün təfərrüatları ilə dosyelər hazırlayır və Eldar Mahmudova təhvil verirdi. Sonradan işə Çovdarovun dəstəsi qoşulurdu. İş adamları qaçırılır, tutulur və ya qorxudulurdu. Sonra yenidən səhnəyə “Akula Akif” çıxır və artıq əldən düşmüş sahibkarlara öz vasitəçi xidmətlərini təklif edirdi. Xilaskar qiyafəsinə girmiş Mustafayev iş adamlarını inandırırdı ki. pulu onun vasitəsilə Mahmudova ötürüb canlarını qurtara bilərlər.

MTN zindanından çıxandan sonra isə sahibkarların “Akula Akif”dən canları qurtarmırdı – bizneslərinin 25-30 faizini ona verməklə Mustafayevi şərik götürürdülər. Az adam bilirdi ki, Mustafayevin arxasında nazir özü dayanır və faktiki olaraq, Azərbaycandakı bir çox biznes obyektlərinin şəriki məhz Mahmudov özü idi.

Ötən ilin sonunda başlanmış cinayət işi çərçivəsində MTN-in 19 yüksək vəzifəli şəxsi saxlanıldı. Bir nəfər isə ölkədən qaça bildi. Baş prokurorluğun məlumatında onun adı açılqlanmasa da, virtualaz.org bir çox KİV-in verdiyi məlumatın ziddinə olaraq, qaçan adamın məhz Akif Mustafayev olduğunu xəbər vermişdi.

“Akula Akif” istintaq vaxtı ona kömək edə biləcəyini düşündüyü Eldar Mahmudovun etimadını doğrultmadı və nazirin işdən azad olunması barədə prezidentin sərəncamından sonrakı gün ölkəni tərk etdi.

Oktyabrın 18-də səhər saat 08:40-da o, AZAL aviaşirkətinin “Boeing” təyyarəsi ilə Minskə uçur. Belarusun paytaxtında Mustafayev başqa bir təyyarəyə minərək, Parisə yollanır. “Akula” malikənəsinin yerləşdiyi İspaniyaya birbaşa uçmaqdan ehtiyat edir.

O zaman hələ virtualaz.org bildirmişdi ki, Akif Mustafayevin əsas məqsədi Şengen vizası alaraq Avropaya yetişmək idi. Prinsip etibarilə, o, Bakıdan birbaşa Parisə uça bilərdi, amma izi azdırmaq istəyirdi. Həm də “Akula Akif” başa düşürdü ki, anı yaxalamaq və hüquq-mühafizə orqanlarının başı MTN əməkdaşlarının saxlanılmasına qarışan vaxtda bir dəqiqə də itirmədən aradan çıxmaq lazım idi.

“Akula”nın bir neçə Avropa bankında, o cümlədən Fransada və İspaniyada sanballı hesabları var. Bu cür sərvətlə Akif Mustafayev ömrünün sonuna kimi Avropanın hansısa xudmani əyalət şəhərində “dibə yatmaq” fikrində idi. Lakin Azərbaycan İnterpola qaçqın “Akula”nın dosyesini yolladı və onun beynəlxalq axtarışa verilməsinə nail oldu.

*   *   *17:34

Bu gün İspaniya polisi Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu üzrə Eldar Mahmudovun və MTN-in mafiya qruplaşmasının əsas cinayətkarlarından birini - "Akula Akif” ləqəbi ilə məşhur olan Akif Mustafayevi saxlayıb.

Virtualaz.org bildirir ki, bu barədə İspaniya KİV-i məlumat yayıb.

Qeyd edək ki, Mahmudov bandasının dağıdılmasından dərhal sonra “Akula Akif” Azərbaycandan İspaniyaya qaçmışdı

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.