“Star TV”də ailəvi əyləncə yarışması olan “Var Mısınız Yok Musunuz” verilişi reytinqlərdə geriyə düşüb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yayda ən çox izlənən verilişlərdən olan, lakin yeni serial mövsümü başladıqdan sonra tamaşaçılarının böyük hissəsini itirən yarışma barədə sərt qərar qəbul edilib.
Aparıcı çətin vəziyyətdən çıxmaq üçün bir neçə həftədir məşhur müğənni və aktyorları qonaq olaraq dəvət edirdi. Lakin, bu addım da onu xilas etməyib.
Nəhayət, kanal rəhbərliyi verilişin bağlanmasını qərara alıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.