Böyük Britaniya şahzadəsi Uilyamsın xanımı, Kembric hersoginyası Keyt Middlton üçüncü dəfə hamilədir.
Axşam.az xəbər verir ki, bu barədə Qərb mediası ilk iddialarını irəli sürüb. "Star" qəzetinin yazdığına görə, Keyt hazırda hamiləliyinin dördüncü ayındadır və qız övladı doğulacaq. Uilyamla Keyt qızın adını Diana qoymaq istəyirlər. Lakin məlumat hələ rəsmi şəkildə təsdiqlənməyib. Kral sarayının mətbuat xidməti xəbəri təkzib də etməyib.
Qeyd edək ki, iki övlad anası olan Keyt hər zaman çoxlu övladlarının olmasını istədiyini deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.