banner
banner

Sağlamlıq

Bədəndəki yağları əridən RESEPT: gündə 3 dəfə için

Bədəndəki yağları əridən RESEPT: gündə 3 dəfə için

Yağların müəyyən miqdarda qida rasionunda olunması orqanizm üçün vacibdir. Xolesterin, triqliseridlər və fosfolipidlər insan orqanizmində olan yağlardan hazırlanır. Hüceyrələrin divarının tərkibinə daxil olan bu maddələr, həmçinin cinsi hormonların hazırlanması və başqa proseslərdə də vacib rol oynayırlar. Ancaq qida rasionunda yağların artıq olması qanda xolesterin və triqliseridlərin miqdarının artmasına səbəb olur ki, bu da aterosklerozun (piy qalıqlarının yığılması nəticəsində damar divarının qalınlaşması), hipertoniya xəstəliyinin və piylənmənin inkişaf etməsinə səbəb olur. Bəs bədəndəki artıq yağlardan təbii yolla necə qurtulmaq olar? Aile.lent.az bunun üçün sizə içki resepti təqdim edir. Bu içkini hazırlamaq üçün ehtiyacınız olan ərzaqlar 1 kq limon və 400 qr kərəvəzdir.

 

Hazırlanması:

 

Əvvəlcə 400 qr kərəvəzin kökünü rəndələyib 2 litr suyun içinə tökün. Ardından bir az limon əlavə edin və qarışımı 20 dəqiqəyə qədər bişirin. 5-6 saat soyumağa qoyun. Bütün limonların suyunu sıxıb bu qarışıma əlavə edin. Ardından qarışımı süzərək şüşə qablara doldurun. Gündə üç dəfə yeməkdən əvvəl 100 ml için və qalan qarışımı soyuducuda saxlayın.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.