banner
banner

Dünya

İranda silahlı insident baş verib, ölən və yaralananlar var

İranda silahlı insident baş verib, ölən və yaralananlar var
İranın Kohgiluyə və Boyer-Əhməd əyalətində, Bəhməi şəhərində baş vermiş atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb. 
 
APA-nın Tehran bürosunun məlumatına görə,  3 nəfər maskalı şəxs “Pejo” markalı avtomobil ilə Bəhməi şəhərinin Likək qəsəbəsində məhkəmənin qarşısında avtomat  silahla insanlara atəş açıb.
 
Hadisə nəticəsində  1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralananlardan birinin vəziyyəti ağırdır.
 
Silahlı şəxslər Xuzestan əyaləti istiqamətində qaçarkən yolda qəzaya uğrayıblar. Qəza nəticəsində  hücum edən şəxslərdən biri həyatını itirib. Cinayəti törədən digər iki nəfər isə həbs olunub.
 
Hadisə ilə bağlı cinayət işi açılıb. Araşdırma aparılır.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.