banner
banner

Gündəm

“Rolls-Royce”un Azərbaycanda rüşvət verdiyi üzə çıxıb

“Rolls-Royce”un Azərbaycanda rüşvət verdiyi üzə çıxıb

Araşdırmalar nəhəng Britaniya şirkəti “Rolls-Royce”un bəzi ölkələrdə rüşvətə əl atdığını, mühüm müqavilələri imzalatmağa məhz bu yolla nail olduğunu üzə çıxarıb.

 “The Guardian” və BBC-nin birgə əldə etdiyi məlumata görə, qarşı tərəflərə rüşvəti “Rolls-Royce”un həmin ölkələrdə işə götürdüyü vasitəçilər təklif edirmiş. Adıçəkilən 12 ölkə arasında Azərbaycanın da adı var.

ABŞ və Britaniyanın korrupsiya əleyhinə agentlikləri şirkətlə bağlı geniş tədqiqata başlayıblar. “The Guardian” yazır ki, “Rolls-Royce”a işləməkdə şübhəli bilinən şəxs, əslən Hindistandan olan məşhur işadamı Sudhir Çoudrini və onun oğlu Banunu bu yaxında həbs etsələr də, sonradan azadlığa buraxıblar. Onlar Korrupsiya Əleyhinə Mübarizə İdarəsi (SFO) tərəfindən sorğu-sual olunarkən ittihamları rədd ediblər.

Mətbuatın yazdığına görə, Sudhir Çoudrinin ailəsi liberal demokratlara 1.6 milyon funt sterlinqdən çox vəsait bağışlayıb. Bu ailənin şirkətlərinə “Rolls-Royce”un milyonlar ödədiyi məlumdur.

Hazırda Sudhir Çoudri həm də liberal demokratların lideri Tim Farronun müşaviri vəzifəsində çalışır. “Rolls-Royce”un Britaniyada həm leyboristlər, həm də mühafizəkarlarla münasibətləri əvvəldən yaxşı olub. Leyboristlərin də, mühafizəkarların da administrasiyaları xarici ölkələrin bu şirkətlə müqavilə bağlaması üçün tez-tez lobbiçilik ediblər.

Britaniyanın keçmiş baş naziri David Kemeron “Rolls-Royce”u bir dəfə “qabaqcıl texnologiyaların inkişafı üzrə dünya lideri” adlandırmış, bütün ölkənin bununla fəxr edə biləcəyini demişdi.

 «The Guardian» yazır ki, «Rolls-Royce»la bağlı araşdırmanın nazirləri narahat etdiyi hiss olunur. Qəzet 2006-cı ildə SFO-nun silah istehsalçısı “BAE Systems”ə qarşı tədqiqatını ovaxtkı baş nazir Toni Bleyerin dayandırdığını xatırladır. T.Bleyer araşdırmanın davam etdirilməsinin Britaniyanın təhlükəsizliyini zərbə altında qoya biləcəyini demişdi.

Qəzet yazır ki, “Rolls-Royce”la bağlı tədqiqatın aparıldığı 2012-ci ildən məlum olsa da, SFO bu barədə bir il sonra açıqlama verib. 2014-cü ildə isə ABŞ-ın Ədliyyə Departamenti ayrıca araşdırmaya başlayıb.

SFO-nun əldə etdiyi bilgiyə görə, “Rolls-Royce” İraq, İran, Qazaxıstan, Anqola, eləcə də Azərbaycanda müqavilələri imzalatmaqdan ötrü“Unaoil” şirkətinə pul ödəyib. “Unaoil” isə müqavilələri əldə etmək üçün həmin ölkələrə rüşvət verməkdə, üstəlik, çirkli pulların yuyulmasında şübhəli bilinir. SFO “Unaoil”a cinayət işi açıb.

“Unaoil” “Rolls-Royce”la əməkdaşlığı zamanı hər-hansı korrupsiya əməliyyatında iştirak etmədiyini bildirib.

Korrupsiya əleyhinə ekspertlər deyirlər ki, bəzi şirkətlər onlara gərəkən dövlət rəsmilərinə rüşvət verməkdən ötrü yaxşı əlaqələri olan agentlərdən istifadə edirlər. Hətta bəzi ölkələrin qanunları bu cür agentlərdən istifadəyə imkan verir.

Sərnişin təyyarələri, eləcə də hərbi təyyarələr üçün mühərrik satan, dəyəri 13 milyard funt sterlinq olan “Rolls-Royce”un özü mətbuatın araşdırma barədə suallarına cavab verməkdən imtina edib.

Rüşvətlə bağlı tədqiqatın aparıldığı ortaya çıxandan sonra “Rolls-Royce” xeyli agentini geri çağırdığını bildirib. Amma agentlərin sayını açıqlamayıb.

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.