banner
banner

Sosİal

Bakıda bəzi binalar istiliksiz qala bilər: borc qalmaqalı

Bakıda bəzi binalar istiliksiz qala bilər:

"Azəristiliktəchizat" ilə "Azəriqaz" arasındakı borc qalmaqalı bu il də aktualdır.

Bu qalmaqal ucbatından ölkə ərazisindəki 538 qazanxana və 92 istilik məntəqəsi payız-qış mövsümünə texniki baxımdan hazır olsa da, bir çox abonent bu qış istilik almaya bilər. Buna səbəb "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyinə olan borcudur. "Azəriqaz"dan verilən açıqlamalarda bildirilir ki, borcu olan qazanxanalara qaz verilməyəcək.

Xezerxeber.com bildirir ki, "Azəristiliktəchizat" borc ilə bağlı deyilənləri etiraf edir. Ancaq bu məbləğin birbaşa abonentlərin borcu olduğunu bildirir.

Elə bu səbəbdən də "Azəristiliktəchizat"ın əməkdaşları borclu abonentlərdən xidmət haqqının yığılması üçün səfərbər olublar. Borclar ödənilərsə bu ayın 15-dən hamı istiliklə təmin oluna bilər.

Xatırladaq ki, 2015-2016-cı ilin payız-qış mövsümündə "Azəriqaz"la "Azəristiliktəchizat" arasında yaranan borc probleminə görə, paytaxtdakı mənzillərin istiliklə təchizatı təxminən 1 aya yaxın gecikmişdi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.