banner
banner

Gündəm

“Lənkəranski” nin qətlinin üstü açıldı-ortada nə killer var, nə sübut...

“Lənkəranski” nin qətlinin üstü açıldı-ortada nə killer var, nə sübut...
Avqustun 17-dən 18-nə keçən gecə Türkiyədə öldürülən məşhur azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) qətlinin sifarişçiləri ilə bağlı daha bir iddia yayılıb. Rusiyanın  crimerussia.ru saytının xəbərinə  görə, “Lənkəranski”ni “göyərti kralı” Canpolad Şamiloğlunun qisasını almaq üçün öldürüblər.

Rus mediası məlumatı Rusiya hüquq-mühafizə orqanlarına istinadən yayıb. Bildirilir ki, Rusiya hüquq-mühafizə orqanları  aydınlaşdırıblar ki, “Lənkəranski”nin qətli  2016-cı ilin mart ayının 16-da Canpolad Şamiloğlunun Moskvada güllələnməsi ilə birbaşa bağlıdır. Ortada isə bunu sübut edə biləcək nə fakt, nə həbs edilən var... 
 
Sayt “Rosbalt”a istinadən yazır ki, “Lənkəranski”nin  İstanbuldakı qətli Rusiya Federasiyasının kriminal dünyasında güc bölgüsünə təsir etdiyi üçün onun ölümünün araşdırılması ilə bu ölkənin xəfiyyələri də məşğul olublar. Operativ əməliyyat yolu ilə onlar bu cinayətin üstünü  açıblar. Canpolad Şamiloğlunun qətli araşdırılarkən məlum olub ki, onun aradan götürülməsi üçün “qanuni oğru” R.Canıyevin qruplaşmasından iki killer cəlb olunub. Həmçinin xəfiyyələr aydınlaşdırıblar ki, Canpoladın aradan götürülməsi tapşırığını onunla münaqişədə olan “Lənkəranski” şəxsən veribmiş. 
 
Bəs “göyərti kralı” adlandırılan Canpoladla “Lənkəranski”nin bölə bilməyəcəyi nə olub ki, tərəflər düşmənə  çevriliblər? İş ondadır ki, Canpolad  Şamiloğlu  uzun müddət “Lənkəranski”nin nəzarət etdiyi bazarlara göy-göyərti verirmiş. Amma qətlindən bir müddət  əvvəl o, “Lənkəranski”nin nəzarət etdiyi bazarlara göyərti təminatını həyata keçirməkdən imtina edib. Hələ o vaxt Rusiya mətbuatı yazırdı ki, Canpolad  Şamiloğlu  bu addımı Aslan Usoyan (“Ded Xasan”) klanının-konkret olaraq Zaxari Kalaşov (“Şakro Molodoy”) və Vaqif  Süleymanovun (“Vaqif Bakinski”) diktəsi ilə atıb. 
 
2015-ci ildə “Lənkəranski”nin Moskvadakı topdansatış bazarlarına “Şakro Molodoy”un qruplaşmasına daxil olan Vaqif Süleymanov müdaxilələr etməyə başlayıb.
 
“Lənkəranski”nin nəzarətində olan bazarlarda meyvə-tərəvəzin topdansatışı ilə məşğul olan biznesmenlərə hədə-qorxu gəlməklə özlərinin nəzarətində olan bazarlara yönləndirmək cəhdləri olub. “Lənkəranski”nin yaxın ətrafının gözlənilən reaksiyası da çox da gecikməyib. Vaqif Süleymanovun planında əsas rol alanlardan biri, böyük maliyyəyə sahib olan biznesmen Canpolad  Şamiloğlu öldürülüb.
 
Image result for Canpolad  Şamiloğlu
 Canpolad  ötən il martın 16-da  Slavyanski bulvarı yaxınlığındakı evinə gəlib. Maşını dayanacaqda saxladıqdan sonra  evinə qalxmaq istəyib. Amma dayanacaqdan evinə  qalxan lift xarab olub. Bildirilirdi ki, lifti onun qatilləri xarab edib. Bu səbəbdən də o, dayanacaqdan çıxıb evinin girişinə doğru irəliləyib. Bu zaman isə killer ona tərəfə qaçıb və tapançadan atəş aşmağa başlayıb. Aldığı güllə yaralarından o, yerindəcə keçib. 
 
Bundan sonra Canpolad Şamiloğlunun qohumları və silahdaşları da öz araşdırmalarının gedişatında qətlin arxasında  “Lənkəranski”nin olduğu qənaətinə  gəlmiş və ondan qisas alınacağını bildirərək, barəsində ölüm hökmü vermişdilər.
 
Qeyd edək ki, bundan əvvəl də “Lənkəranski”nin qətlinin  digər azərbaycanlı  “Qoca Bakinski” ləqəbli Əlibalaba Həmidovun avqustun 18-də İstanbulda vəhşicəsinə qətlə yetirilməsi ilə də əlaqələndirmişdilər.  Bildirilirdi ki,  “Lənkəranski”nin  “Qoca”nın üçüncü ildönümü günündə  güllənməsi qisas aktı ola bilər. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.