banner
banner

Sosİal

Turşulardan zəhərlənməmək üçün nə etməli... - Məsləhət

Turşulardan zəhərlənməmək üçün nə etməli... - Məsləhət

Məsələ ilə bağlı BakiPost.az-a danışan kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov deyib ki, qaydaları bilməyən şəxsin turşu bağlaması kimlərinsə həyatı bahasına başa gələ bilər. 

Onun sözlərinə görə, turşulardan zəhərlənmələr daha çox qaydalara düzgün əməl olunmadığı zaman olur:"Ümumiyyətlə, kənd təsərrüfatı məhsulunun istehsalı prosesində kifayət qədər kimyəvi maddələrdən istifadə olunur. Həm istehsal zamanı mineral gübrələrdən, həm də məhsulu zərərvercilərdən, xəstəlikdən qorumaq üçün kimyəvi zəhərli maddələrdən istifadə olunur. Təəssüflər olsun ki, bizim rayonlarda və kəndlərdə öz təsərrüfatlarında məhsulun emalı ilə məşğul olan, xüsusən onun turşuya qoyulmasını həyata keçirən istehsalçılar kifayət qədər məlumatlı deyillər. Məlumatlı olmaları üçün elə də şərait yoxdur. Onlar meyvəni və ya məhsulu yuyan zaman yalnız məhdud sudan istifadə edirlər. Yəni, axar sudn yox, suyu qaba yığıb həmin qabda məhsulu yuyurlar. Sonra da onu turşuya qoyurlar. Hesab edirlər ki, məhsulu bu formada tam yumuş olurlar. Əslində isə yalnız axar su ilə yumaq lazımdır. Digər qabda su töküb yumaqla məhsul təmiz olmur. Həmin formada yuyulan məhsul turşuya qoyulanda zərərli maddələr içində qalır. İstifadə zamanı da zəhərlənməyə səbəb olur.Amma məhsul tam yuyulduqdan sonra ondan istifadə etməyin heç bir qorxusu yoxdur. Əgər əhali bu qaydalara kifayət qədər əməl etsə, hər hansı zəhərlənmə olmaz”.

Ekspert öncədən bağlanmış turşuların zəhərlənməyə yol açıb-açmayacağını müəyyən etməyin qəliz proses olduğunu qeyd edib:"Turşu bağlanan qabda və onun tərkibində zəhərli maddənin olmasını müəyyən etmək üçün çoxlu sayda cihazlar lazımdır. Analiz etdikdən sonra ona rəy almaq uzun müddət çəkir. Bu, asan məsələ deyil. Amma tam əmin olmaq üçün turşuya qoyulacaq məhsulu yaxşı yumaq lazımdır. Düşünürəm ki, belə olan halda heç bir problem olmaz”.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.