“Mosulun azad edilməsi gözlənildiyindən sürətli həyata keçirilir”
“Mosulun azad edilməsi kampaniyası planlaşdırıldığından da sürətli həyata keçirilir. İraq ordusu ölkənin şimalındakı Mosul şəhərinin azad edilməsi əməliyyatını uğurla həyata keçirir”. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi bildirib.
ABŞ rəsmisinin sözlərinə görə, Dövlət Departamenti İraqdakı əməliyyat zamanı mülki sakinlər arasında hər hansı itki barədə məlumat almayıb: “Deyə bilərəm ki, ordu müvəffəqiyyətlə irəliləyir. İraqın Silahlı Qüvvələri və onların müttəfiqləri şəhərdə və ondan xaricdə İŞİD terror qruplaşmasına hücumlar edir. Onların kampaniyası nəzərdə tutulmuş qrafikdən daha sürətlə həyata keçirilir”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.