ABŞ-da seçkilərə bir neçə gün qalmış Demokratların namizədi Hillari Klintonun ögey oğlu olduğunu iddia edən Villiams Vaşinqton bu gün mətbuat konfransı keçirib.
"Mən Bill Klintonun oğluyam. Hillari mənim ögey anamdır və Çelsi qardaşımdır"-, deyən Villiams DNT analizinin edilməsi təklifilə çıxış edib.
Cia.az saytı xəbər verir ki, teleqraf.com-un məlumatına görə, ABŞ-ın Arkansas əyalətində yaşayan gənc 1990-cı ildən bu yana Bill Klintonun oğlu olduğunu sübut etməyə çalışdığını bildirib.
Narkotik asılılığı olan anasını uşaq yaşlarından itirən gənc Klinton ailəsinin onunla əlaqə saxlamasını istəyib.
Cümhuriyyətçilərin namizədi Donald Tramp tərəfindən maliyyələşdirilməsi barədə suallara cavab olaraq Villiams "bütün xərslərimi özüm ödəmişəm və indiki vaxtda mətbuat konfransı keçirməyimin seçkilərlə heç bir əlaqəsi yoxdur" deyib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.