Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzi yaradılacaq.
Cia.az-ın xəbərinə görə, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.
Əmrdə göstərilir ki, hazırda İdarənin nəzdindəki Metodik Mərkəzin fəaliyyəti təhsilin inkişafı strategiyasından irəli gələn istiqamətlərin dəstəklənməsi baxımından aktuallıq kəsb etmir və ümumtəhsil məktəblərinin zəruri ehtiyaclarını ödəmir.
Bu baxımdan təlim-tərbiyə prosesinin müasir dövrün tələbləri səviyyəsində təşkili və idarə olunması, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və tətbiqi, gənc müəllimlərlə işin təşkili və s. istiqamətlər üzrə mentorluq dəstəyinin göstərilməsi zəruridir.
Dünya ölkələrinin uğurlu təcrübəsi göstərir ki, məktəblərə mentorluq dəstəyi həm fənn əsaslı, həm də təlim prosesinin hər bir komponenti nəzərə alınmaqla təşkil edilməlidir. Bu sahədə müasir yanaşmaları nəzərə alaraq ümumtəhsil müəssisələrinə göstərilən mentorluq dəstəyinin məzmunu və təşkilati-struktur forması dəyişdirilərək daha səmərəli modeli yaradılmalıdır.
Əmrə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metodik Mərkəzi ləğv ediləcək və mövcud əməkhaqqı fondu çərçivəsində 79 ştat vahidi ilə Təlimə Dəstək Mərkəzi yaradılacaq.
BŞTİ-yə tapşırılıb ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsi ilə birlikdə sərbəstləşən işçilərin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində mövcud imkanlar daxilində müvafiq işlə təmin edilmələri istiqamətində zəruri tədbirlər görülməlidir.
Metodik Mərkəzin inventar və avadanlığı Təlimə Dəstək Mərkəzinin istifadəsinə veriləcək.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.