"Hərbi hissələr qış mövsümü üçün tam təmin olunub" - Nazirlik
Azərbaycan Silahlı Qüvvələrinin yüksək dağlıq və çətin iqlim şəraitində yerləşən hərbi hissələrində qış mövsümündə və pis hava şəraitində xidmət üçün bütün tədbirlər həyata keçirilib və şəxsi heyət bunun üçün zəruri olan vasitələrlə təmin olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, müdafiə nazirinin təsdiq etdiyi əmrlərin tələblərinə və plana uyğun olaraq yüksək dağlıq və çətin iqlim şəraitində yerləşən hərbi hissələr artıq çoxdan qış mövsümünə hazırdırlar və bu istiqamətdə müvafiq tədbirlər yerinə yetirilib.
“Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələr qışa hazırlıq prosesini çoxdan yekunlaşdırıb, şəxsi heyət qış geyim forması və isti paltarla, bölmələr təbii qaz, dizel, soba və odun yanacaqları ilə normalara uyğun olaraq tam təmin edilib”, - deyə nazirlikdən bildirilib.
Dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşən hərbi hissələrdə hərbi qulluqçular gündəlik ümumqoşun ərzaq payı normalarından əlavə müəyyən edilmiş qaydada ərzaq payı ilə təmin olunublar.
Eyni zamanda yüksək dağ şəraitində yerləşən bölmələrin şəxsi heyətinin stasionar şəraitdəki kimi yüksək kalorili, milli çeşidli və keyfiyyətli yeməklərlə qidalanmaları üçün həmin bölmələr konservləşdirilmiş 1-ci və 2-ci milli yeməklərlə də təmin ediliblər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.