banner
banner

Hərbİ

Pakistan Azərbaycana yarım milyard dollarlıq silah göndərmək üçün hazırlıqlara başladı

Pakistan Azərbaycana yarım milyard dollarlıq silah göndərmək üçün hazırlıqlara başladı

Pakistanın Ticarət və Müdafiə Sənayesi nazirlikləri Azərbaycana yarım milyard dollarlıq müdafiə təyinatlı məhsulların ixracının tezləşdirilməsinə dair birgə fəaliyyət planını təsdiq ediblər.

Virtualaz.org xəbər verir ki, bu barədə Pakistan radiosu bildirir. Qərar İslamabadda ticarət naziri Hurrəm Dəstigirin və müdafiə sənayesi naziri Rana Tanver Hüseynin iştirakı ilə qəbul olunub. Habelə qərara alınıb ki, ticarət naziri qarşılıqlı istisadi-ticarət əlaqələrinin genişləndirilməsinə dair məsələləri müzakirə etmək üçün noryabrın sonlarında Bakıya səfər etsin.

 

Müdafiə sənayesi naziri Rana Tanver Hüseyn deyib ki, Azərbaycan Pakistandan hərbi texnologiya, silahlar və müdafiə təyinatlı digər məhsullar idxal etmək istəyini bildirib.

Xatırladaq ki, Pakistan prezidenti Nəvaz Şərif bu yaxınlarda Bakıda səfərdə olub. Səfər zamanı Azərbaycanın Pakistandan silah və hərbi texnologiyalar almasına dair danışıqlar aparılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.