banner
banner

Sosİal

Azərbaycanda yeni məktəbdənkənar təhsil müəssisələri yaradılır

Azərbaycanda yeni məktəbdənkənar təhsil müəssisələri yaradılır
Məktəbdənkənar təhsil müəssisələrinin üçü birləşdirilib, üçünün adı dəyişdirilib, bir yeni məktəbdənkənar təhsil müəssisəsi yaradılıb

Nazirlər Kabineti Təhsil Nazirliyinin məktəbdənkənar təhsil müəssisələri ilə bağlı bəzi məsələlər qərar verib.
 
APA-nın məlumatına görə, qərara əsasən Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin və T.İsmayılov adına Bakı şəhəri Uşaq-gənclər Yaradıcılıq Sarayının bazasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb.
 
Respublika Texniki Yaradıcılıq Mərkəzi “Respublika Uşaq Yaradıcılıq Mərkəzi”, “Təhsil” Respublika İdman Mərkəzinin Uşaq-Gənclər Futbol Məktəbi “Təhsil” Respublika İdman Mərkəzinin Uşaq-Gənclər İdman Məktəbi”, Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi “Uşaq Yaradıcılıq Mərkəzi” adlandırılıb. Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda etdiyi dəyişikliyə əsasən isə məktəbdənkənar təhsil müəssisəsi qismində 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi yaradılıb.
 
Bu müəssisələrin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsində Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.