banner
banner

Dünya

Mosulla Rakkanı birləşdirən yol nəzarət altına alındı

Mosulla Rakkanı birləşdirən yol nəzarət altına alındı
İraqda şiə özünümüdafiə dəstələri Mosulla Suriyanın Rakka şəhərini birləşdirən yolu nəzarət altına alıblar.
 
APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə özünümüdafiə dəstələri nümayəndəsi Cəfər Hüseyni bildirib.
 
Onun sözlərinə görə, Suriyadan hərbi təchizat məhz bu yolla terrorçulara çatdırılır.
 
Mosulun terrorçu İŞİD qruplaşmasından azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb.
 
Əməliyyatda İraq ordusu, Kürd peşmərgə birləşmələri, yerli özünümüdafiə dəstələri və ABŞ-ın rəhbərliyi altında beynəlxalq hərbi-hava qüvvələri iştirak edir.
 
Xatırladaq ki, Mosul şəhəri 2014-cü ilin iyunundan İŞİD-in nəzarətinə keçib.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.