“Özünün Amerika Birləşmiş Ştatlarının növbəti prezidenti təsəvvür edən adam gecə saat 03:30-da oyanır və Twitter-də qadın bədəni, çəkisi haqqında nələrsə yazır”.
Cia.az saytının xarici KİV-ə istinadən xəbərinə görə, bunu ABŞ-ın vitse-prezidenti Co Bayden Donald Tramp haqqında danışarkən deyib.
“O belə, ədəbsiz seksual hərəkətlər edir. Siz təsəvvür edə bilirsinizmi, bizim tariximizdə hansısa prezident belə hərəklət etsin?” deyə o bildirib.
Qeyd edək ki, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp rəqibi Hillari Klintonla teledebatda təhqiredici şəkildə “Dünya gözəli” müsabiqəsinin qalibi Alisia Maçadonun kökəldiyini demişdi.
Ümumiyyətlə Trampla Maçado arasında qalmaqal yaşanır. Alisia Maçado Trampı cinsiyyətçilik və qadın düşmənliyində ittiham edib. Prezidentliyə namizəd isə ona "iyrənc” deyərək, seks kasetinin olduğunu iddia edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.