banner
banner

Gündəm

Firavanlıq: Azərbaycan 149 ölkə arasında 103-cüdür

Firavanlıq: Azərbaycan 149 ölkə arasında 103-cüdür
Legatum İnstitutu ölkələrin firavanlıq indeksini açıqlayıb. Novator.az-ın məlumatına görə, ən firavan 5 ölkə reytinq cədvəlində belə sıralanıb: Yeni Zelandiya, Norveç, Finlandiya, İsveçrə, Kanada.
 
Reytinq cədvəlinin son 5 pilləsində Demokratik Konqo Respublikası, Sudan, Mərkəzi Afrika Respublikası, Əfqanıstan və Yəmən dayanır.
 
Azərbaycan rifah indeksi cədvəlində 149 ölkə arasında 103-cü yerdədir. Qonşulardan Türkiyə 78-ci, Gürcüstan 84-cü, Rusiya 95-ci, Ermənistan 99-cu, İran 118-cidir.
 
“Azadlıq” radiosu bildirir ki, ölkələrin rifah səviyyəsi iqtisadiyyatın keyfiyyəti, biznes mühiti, idarəçilik, təhsil, şəxsi azadlıq, səhiyyə, salamatlıq və təhlükəsizlik, sosial kapitalın, ətraf mühitin durumuna görə dəyərləndirilib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.