Erməni radikallar hakimiyyətin zorla dəyişdirilməsini planlaşdırırlar
Ermənistanın radikal “Təsisedici parlament” hərəkatı və “Sasna tsrer” təşkilatının siyasi şurası ölkədə hakimiyyətin dəyişdirilməsi üçün yeni “yol xəritəsi” hazırladıqlarını bəyan ediblər.
Musavat.com-un erməni mətbuatına istinadənn verdiyi xəbərə görə, “Təsisedici parlament”in nümayəndəsi Alek Yeniqomşyan bu planın həmçinin yeni respublikanın yaradılmasını nəzərdə tutduğunu bildirib.
“Müstəmləkədən qurtulma və suverenliyin bərpası, Qarabağın Ermənistanın “konstitusion” sərhədlərinə de-yure olaraq birləşdirilməsi və həyat qabiliyyətli dövlətin qurulması. Yalnız hakimiyyət devrildikdən sonra bu 3 məqsədin gerçəkləşməsi halında biz yeni, milli erməni respublikasına malik olduğumuzu söyləyə bilərik”, - Yeniqomşuyan jurnalistlərə bildirib.
A.Yeniqomşuyanın sözlərinə görə, indiki iqtidar dövlətin və xalqın maraqlarının əleyhinə hərəkət etdiyi üşün Ermənistanda hakimiyyətin dəyişdirilməsi labüddür.
O, 2017-ci ilin yazında keçiriləcək parlament seçkilərində iştirak etməyəcəklərini, çünki seçkilərin onsuz da saxtalaşdırılacağına əmin olduğunu söyləyib.
Yeniqomşuyan bu səbəbdən vətəndaş itaətsizliyi aksiyaları keçirəcəklərini qeyd edib. Erməni radikalın sözlərinə görə, iqtidar güc tətbiq etsə, onlar da eyni üsulla cavab verəcəklər.
“Dəyişikliklərə demokratik yollarla nail olmaq mümkün olmadığı təqdirdə, xalqın üsyan yolu ilə hakimiyyətin dəyişdirilməsinə ədalətli və legitim hüququ var”, - Yeniqomşuyan söyləyib.
Onun sözlərinə görə, yeni respublikanın qurulması üçün “yol xəitəsi” işlənib hazırlanmaqdadır və bu prosesə “Təsisedici parlament”in həbsdə olan lideri Jirayr Səfliyan da qoşulacaq. Hakimiyyət dəyişdidikdən sonra isə radikallar yeni Konstitusiyanın qəbul ediləcəyini bildiriblər.
Jurnalistin xalq küçələrə çıxmazsa və hakimiyyət dəyişikliyinə dəstək verməzsə o zaman radikalları nə edəcəyi barədə sualına “Təsisedici parlament”in siyasi şurasının üzvü Armenak Kürəkyan belə cavab verib:
“Yeni başlamaqda olan istənilən milli azadlıq hərəkatında liderlər və sadiq tərəfdarları olur. Onlar işin alınıb-alınmayacağına baxmazlar, çünki öz nümunələrində nəyin necə olacağını göstərə bilirlər. İnsanlar belə bir nümunənin ətrafında toplanmalıdırlar, əks təqdirdə belə çıxır ki, erməni xalqı hələ uzun müddət bu cür Ermənistanda yaşamağa razıdır.”
Alek Yeniqomşuyan hakimiyyəti dəyişdirdikdən sonra Ermənistanı Avrasiya İqtisadi ittifaqı və KTMT kimi təşkilatlardan çıxaracaqlarını, Rusiya ilə imzalanan və Ermənistanın maraqlarına uyğun gəlməyən müqavilələri ləğv edəcəklərini bildirb.
Ermənistanın hakim “Respublika” partiyasının parlament fraksiyasının katibi Qaqik Melikyan “Sasna tsrer”in bu bəyanlarını şərh etməkdən boyun qaçırıb. Deputatın sözlərinə görə, bu adamlar xalis terrorçulardır.
“Sasna tsrer” terrorçu təşkilatı öz fəaliyyətinə nəzarət etməlidir. Mən hansısa terrorçu təşkiatın bəyanlarının şərhə layiq olduğunu fikriləşmirəm və düşünürəm ki, bu adamlar ciddi surətdə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”, - Qaqik Məlikyan “Azadlıq” radiosunun Ermənistan bürosunun sualına cavab verib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.