banner
banner

Sosİal

Siqaret satışını həvəsləndirmək məhdudlaşdırılır

Siqaret satışını həvəsləndirmək məhdudlaşdırılır

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında "Tütün və tütün məmulatı haqqında" və "Çayçılıq haqqında" qanunlarda dəyişiklik layihələri müzakirə edilərək plenar iclasa tövsiyyə olunub. Dəyişikliklə tütün məmulatlarının satışında həvəsləndirmə üsulları məhdudlaşdırılır.

Dəyişikliyə əsasən tütün və tütün məmulatını alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan edilir. Həmçinin tütün və tütn məmulatının və onun ləvazimatlarının o cümlədən tənbəki çubuqlarının , qəlyanların .

Elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağan edilir. Digər dəyişikliyə əsasən isə tütün və tütün məmulatı istehsalı və ya satışı ilə məşğul olan şəxslər "Reklam haqqında" qanunun 13.4 və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər. Qeyd edək ki, hazırda isə tütün məmulatının istehalçıları tütünün və tütün məmulatının reklamını əks etdirməyən sosial, mədəni və təhsil tədbirlərinin sponsorluğu və reklamı zamanı öz firma adlarından maneəsiz istifadə edirlər.

"Çayçılıq haqqında" qanun da "Reklam haqqında" qanuna uyğunlaşdırılıb.  Dəyişikliyə əsasən Azərbaycan qanunvericiliyi sözü "Reklam haqqında" qanun sözü ilə əvəzlənib. Belə ki, yeni redaksiyaya əsasən çay məhsulllarının satışa çıxarılması, satışının qadağan edilməsi və reklamı "Reklam haqqında" qanuna uyğun həyata keçirilir. Hər iki qanunda dəyişiklik onların "Reklam haqqında" qanuna uyğunlaşdırılması məqsədi ilə həyata keçirilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.