“Bakıda havaların soyuq keçməsi ilə əlaqədar noyabrın 1-dən etibarən fərdi qazanxana ilə işləyən təxminən 117 məktəbə istilik verilib”.
Modern.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, soyuq hava şəraiti ilə bağlı paytaxtda fəaliyyət göstərən orta məktəblərə istiliyin vaxtından əvvəl verilməsinə ehtiyac var:
“Müvafiq qaydalara görə, istiliyin verilməsi prosesi noyabrın 15-dən aprelin 15-nə qədər olur. Bu il “Azəristiliktəchizat” ASC-yə müraciət edərkən fərdi qazanxanaları olan məktəblərə istiliyin verilməsi ilə bağlı müsbət rəy aldıq və noyabrın 1-dən etibarən təqribən 117 məktəbə istilik verilib”.
Məlumdur ki, mərkəzləşdirilmiş qaydada istiliyin verilməsi yalnız orta məktəblərə şamil edilmir. Digər müəssisələr və fərdi yaşayış mənzilləri də bu istilik əsasında təchiz olunur.
Bu məsələ bir qədər kütləvi xarakter daşıdığından bizə istiliyin noyabrın 15-də veriləcəyi deyilib. Hazırda Bakıda 135 məktəb mərkəzləşdirilmiş qaydada istilik sistemi ilə təchiz edildiyindən onlar noyabrın 15-də istiliklə təmin olunacaq”.
O, həmçinin əlavə edib ki, havaların soyuq olması məktəblərdə şagirdlərin davamiyyətinə mənfi təsir göstərir:
“Bu gün davamiyyətə təsir göstərən problemlər ümumilikdə tədris prosesinin dayanmasına maneə yaratmır. Bu gün məktəblərdə dərsə davamiyyətlə bağlı məsələdə heç bir problem yoxdur”.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.