Ermənistan baş naziri Ovik Abramyanın dövlət pullarından istifadə edərək İspaniyanın ən iri qəzeti “El Mundo”ya rüşvət verməsi ortaya çıxıb.
ANS PRESS-in məlumatına görə, erməni KİV-ləri 2014-cü ilin dekabr ayında “El Mundo”nun Ermənistana xüsusi əlavə həsr etməsinin sirrini açıb. Qəzetdə baş nazir Ovik Abramyanın, energetika və təbii ehtiyatlar naziri Yervand Zaxaryanın, həmçinin bir sıra dövlət məmurlarının və iş adamlarının müsahibələri yer alıb.
Ermənistan mətbuatı aşkar edib ki, Ovik Abramayan bu xüsusi əlavəyə görə, qəzetə 30 min avro ödəyib. Bu işdə vasitəçi Ermənistan İnkişaf Agentliyinin baş direktoru Ruben Arutunyan olub.
“İndiki böhran şəraitində baş nazirin bu cür bədxərclik etməsi dəhşətdir. Heç bir şübhə yoxdur ki, baş nazir bu məbləği dövlət büdcəsindən ödəyib”, - deyə ermənicə yayımlanan Birinci İnformasiya portalı bildirir. Portalın məlumatına görə, Ovik Abramyanın qudası, iş adamı, müxalifətçi “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan da qəzetlərə rüşvət verməkdən çəkinmir. Bu yaxınlarda Rusiya “Nezavisimaya qazeta”sında çıxmış müsahibəsinə görə, Sarukyan 15 min dollar ödəyib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.