banner
banner

Dünya

Fransa Mosula endirdiyi hava zərbələrinin sayını artırıb

Fransa Mosula endirdiyi hava zərbələrinin sayını artırıb
Fransanın Hərbi Hava Qüvvələri terrorçuluqla mübarizə üzrə beynəlxalq koalisiyanın tərkibində Mosulun İŞİD terrorçularından azad olunması üzrə əməliyyatlara dəstək məqsədi ilə endirdiyi zərbələrin sayını üç dəfə artırıb.
 
"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat attaşesinə istinadən "Frans Press" məlumat yayıb.
 
İraqın şimalında yerləşən Mosul şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi üzrə əməliyyatlar oktyabrın 17-də başlanıb. Əməliyyatları qurudan İraq hərbçiləri, kürd peşmərgə qüvvələri və şiə könüllüləri aparır. Onları havadan başda ABŞ olmaqla beynəlxalq koalisiya aviasiyası dəstəkləyir.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.