banner
banner

Şou

Xəyanət görüb qızının anasına qayıtdı

Xəyanət görüb qızının anasına qayıtdı

İllərdir birlikdə yaşadığı aktrisa Vanessa Paradidən gənc aktrisa Ember Herdə görə ayrılan Hollivud ulduzu Coni Depp son günlər yenidən mətbuatın gündəminə gəlib. 


Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ilin yayında Ember Herddən də boşanan Deppin yenidən Vanessanı geri qaytarmaq istədiyi iddia olunur. Tez-tez keçmiş sevgilisi ilə görüntüləndiyi üçün Emberlə yollarını ayıran Depp bu dəfə restoranların birində Paradi ilə görülüb. Birlikdə nahar edən məşhurların dostcasına görüşmədikləri söylənilir. 

“Coni Vanessaya sevgi dolu gözlərlə baxırdı. Depp hər fürsətdə onu ələ almağa çalışırdı. Vanessa isə məmnun görünürdü” deyən mənbə cütlüyün tez bir zamanda barışacağını iddia edib. 

Qeyd edək ki, bu yaxınlarda müsahibə verən Deppin qızı Lili Roz atasının Emberlə münasibətdə olduğu vaxtda da ona diqqət göstərdiyini, amma boşandıqdan sonra qayğısının daha da artdığını söyləmişdi.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.