banner
banner

Sosİal

Ağdam rayonunda ilan sürüsü evlərə hücum edib

Ağdam rayonunda ilan sürüsü evlərə hücum edib

Ağdam rayonunda məcburi köckünlərin məskunlaşdığı qəsəbədə ilan sürüsü evlərdən birinə hücüm çəkib. "Report" xəbər verir ki, hadisə rayonun 4 yol 1 qəsəbəsi, ev 3 ünvanında baş verib. 

Belə ki, rayon sakini Sevil Həsənovaya məxsus fərdi yaşayış evinə çoxlu sayda ilan girib. Ev sahibinin sözlərinə görə, müxtəlif ölçüdə olan ilanlar ən çox azyaşlılar üçün təhlükəlidir: "Son günlər evin həyətində bir neçə ilan öldürsək də, yenə də evdə ilanlar görünür".

Qəsəbə sakinlərinin sözlərinə görə, ümumiyyətlə, son vaxtlar ərazidə sürünənlərin sayı çoxalıb. Havaların isti keçdiyi vaxtlarda həyətyanı sahələrdə ilanlara rast gəlinib. Ancaq qış fəslində heç vaxt sürünənlər görünməyib.

Ağdam rayonu Gigiyena və Epidemiologiya Mərkəzindən "Report"a bildiriblər ki, hələlik onlara sürünənlərin hücumu ilə bağlı məlumat daxil olmayıb: "Qəsəbədən belə bir müraciət daxil olarsa,  mərkəzin əməkdaşları tərəfindən hadisənin baş verdiyi ərazi xlor məhlulu ilə dərmanlanacaq".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.