banner
banner

Dünya

Devlet Bahçeli HDP-yə qarşı əməliyyatı dəstəklədi

Devlet Bahçeli HDP-yə qarşı əməliyyatı dəstəklədi
Devlet Bahçeli deputatların həbs olunmasına dəstək verdi
 
Türkiyənin kürdyönümlü partiyası HDP-yə (Xalqların Demokratik Partiyası) qarşı təşkil olunmuş əmliyyat MHP (Millətçi Xalq Partiyası) lideri Devlet Bahçeli tərəfindən dəstəklənib. 

Partiyasının idarə heyəti ilə iclas keçirən Bahçeli mühüm mesajlar verib: “Biz HDP-nin PKK ilə əlaqədə olduğunu həmişə ifadə etmişik. Kim vətənə xəyanət edibsə, kim terroru dətəkləyibsə əməlləri üçün məhkəmədə cavab verməlidir. Terroru dəstəkləyənlər lazımi cəzalarını almalıdırlar. Hökumətin Türkiyə Böyük Millət Məclisinə gətrəcəyi edam qanununu da dəstəkləyəcəyik”.
 
Qeyd edək ki, noyabrın 4-də terror istintaqı çərçivəsində HDP-yə qarşı əməliyyat təşkil olunub və bu partiyadan seçilmiş 11 deputat saxlanılıb. Məhkəmə yə çıxarılan deputatlardan 9-u haqqında həbs qəti-imkan tədbiri seçib. 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.