banner
banner

Dünya

ABŞ-dan Rakka mesajı: Məmnunuq

ABŞ-dan Rakka mesajı:
İŞİD-in qəddar idarəçiliyinin tabeliyində olan Rakka şəhərinin azad edilməsi üçün Suriya Demokratik Qüvvələrinin (SDQ) başlatdığı əməliyyatları böyük məmnuniyyətlə qarşılayırıq.
 
Axar.az xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Eşton Karter deyib.
 
Pentaqon rəhbəri Mosuldakı kimi Rakka əməliyyatlarının da asan olmayacağını bildirib:
 
“Beynəlxalq koalisiya ilə İraq və Suriyadakı yerli qüvvələr İŞİD-i məğlub etmək üçün əllərindən gələni edəcək”.
 
Xatırladaq ki, ABŞ-ın dəstəklədiyi SDQ Rakkanı azad etmək üçün “Fəratın qəzəbi” adlı genişmiqyaslı əməliyyatlara başlayıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.