Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov vətəndaşlarla görüşəcək.
ANS PRESS-in məlumatına görə, nazir oktyabr ayının 17-də saat 11:00-da Sabirabad rayonunda Sabirabad, Saatlı, İmişli və Hacıqabul rayonlarının sakinləri ilə görüşəcək.
Görüşdə iştirak etmək istəyən vətəndaşlar Salyan Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: 050-317-58-00) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin qaynar xətti (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.