“Ağsu rayon Mərkəzi Xəstəxanasına (RMX) elektrik enerjisinin verilişi bərpa olunub”.
Bunu Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib. S.Əhmədovanın szölərinə görə, elektrik enerjisinin verilişində yaranan fasilə zamanı xəstəxanada heç bir problem yaşanmayıb:
“Generatorlar işlədiyindən xəstəxana əvvəlki qaydada fəaliyyətini davam etdirib. Problemə səbəb bir binadan digər binaya keçid olub. Yeni bina böyük olduğu üçün orada elektrik enerjisinin qənaeti nəzərə alınmayıb və kəsinti olub. Bir az öncə xəstəxana ilə danışdım və orada artıq elektrik enerjisi bərpa olunub”.
Noyabrın 5-dən etibarən Ağsu rayon Mərkəzi Xəstəxanasında elektrik enerjisinin verilməsi dayandırılıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.