“Real”ın hücumçusu Kərim Benzema zədəsini bərpa edib.
Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, fransız hücumçu artıq hazırlıqlara start verib.
“Real”ın forvardı bu gün toplu çalışma zamanı çəkilmiş videosunu sosial şəbəkədə paylaşıb. Hələlik Benzemanın La Liqanın qarşıdakı turunda “Atletiko” ilə görüşdə meydana çıxıb-çıxmayacağı məlum deyil.
Qeyd edək ki, Benzama cari mövsüm “Real”ın heyətində bütün turnirlər nəzərə alınmaqla 13 oyunda forma geyib və 5 qol vurub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.