İranın cənubunda yerləşən Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində ən azı 20 nəfər ölüb, daha 20 nəfər yaralanıb. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, avtobusda ümumilikdə 40 nəfər olub.
Avtobus İranın Yəzd şəhərindən (Ölkənin mərkəzi hissəsi) İraqın Kərbəla şəhərinə zəvvar aparırmış.
Hadisə yerində qəza xidmətinin əməkdaşları işləyir. Polis hadisənin başvermə səbəblərini araşdırır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.