banner
banner

Sosİal

Şaxta olacaq

Şaxta olacaq

Yanvarın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, axşam arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

CİA.Az AzərTAc-a istinadən xəbər verir ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Gecə 2° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, Bakıda 0°-yə yaxın isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 55-65% təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Gecə 9-14° şaxta, dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 4-9° isti olacağı ehtimalı var.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Gecə 10-15° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındahava əsasən yağmursuz keçəcək. Gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı ehtimalı var.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Gecə 5-10° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Gecə 0-5° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Gecə 2° şaxtadan 2°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 2-6° isti olacağı ehtimalı var.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.