banner
banner

Dünya

Qırğızıstanda koalision hökumət yaradılıb

Qırğızıstanda koalision hökumət yaradılıb
Qırğızıstan parlamenti səs çoxluğu ilə ölkənin yeni hökumətinin tərkibini təsdiq edib.
 
APA-nın məlumatına görə, hökumətə Sooronbay Jeenbekov başçılıq edəcək.
 
Qırğızıstan parlamentindəki çoxluğun formalaşdırdığı koalisiya hökumət rəhbəri vəzifəsinə sabiq baş nazir Jeenbekovun namizədliyini irəli sürmüşdü. Konstitusiyaya görə, baş nazirliyə namizədə parlamentə öz proqramını, hökumətin strukturu və tərkibini təqdim edir. Parlamentin təsdiqindən sonra baş nazir və onun kabineti seçilmiş hesab edilir.
 
Sooronbay Jeenbekovun təklif etdiyi tərkibə 120 yerlik parlamentin 112 üzvü müsbət rəy verib.
 
Koalision hökumətin tərkibində əvvəlki ilə müqayisədə ciddi dəyişiklik baş verməyib. Demək olar ki, bütün aparıcı nazirlər öz vəzifələrini saxlayıblar. Yalnız baş nazirin müavini Gülmira Kudayberdiyeva yeni hökumətdə təhsil naziri vəzifəsini tutub.
 
Qeyd edək ki, oktyabrın sonunda Qırğızıstan Sosial-Demokrat Partiyası parlament çoxluğundan çıxdığını və hökumətin buraxıldığını elan edib. Hökumətin formalaşdırılmasının əsasını təşkil edən koalisiya sazişi bununla öz qüvvəsini itirmiş olub. Bundan sonra prezident yeni hökumətin formalaşdırılması tapşırığını verib və yeni koalisiya yaradılıb.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.