Hollivud ulduzu Natali Portman evinə dayə buraxmamağının səbəbini açıqlayıb.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, ikinci dəfə ana olmağa hazırlaşan aktrisa övladını dayəyə verməməyinin səbəbini açıqlayıb:
"Ana olmaq Tanrının böyük hədiyyəsidir. Hər bir qadın ana ola bilər, amma övladı fərqli tərbiyə ilə böyüdürük. Analıq mənə ayaqda qalmaq üçün kömək edir. Evimdə yaşayacaq dayəni qəbul etmirəm. Buna səbəb etibar etmək deyil. Sadəcə, səhər yuxudan oyananda evdə yad qadın görməkdən qorxuram. Oğlum Alef yatanda istirahət edirəm".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.