Goranboyun Səfikürd kəndində qətlə yetirilənlərin yeddi mərasimi keçirilib.
Axar.az-a kənd sakinlərinin verdiyi məlumata görə, 7 mərasimi ötən gün təşkil edilib. 7 nəfəri öldürən Rafiq Hüseynov isə hazırda rayon polis şöbəsində saxlanır.
Hadisədən səkkiz gün keçməsinə baxmayaraq, həm qatilin öz mənzili, həm valideynlərinin yaşadığı evin qabağından polis postu götürülməyib.
Goranboy rayon rəhbərliyi polis postunun saxlanılmasını və qatilin valideynlərinin Səfikürddən köçməsini tövsiyyə edib. Hələlik onların başqa yerdə məskunlaşdığı deyilir.
Qatilin yaraladığı 2 nəfər isə artıq reanimasiya şöbəsindən çıxarılıb. Kənd sakinləri bildirdilər ki, Gəncə şəhər xəstəxanasında müalicə olunan R.Hüseynovun qayını Natiq Məmmədov və qohumu Günel Məmmədovanın vəziyyəti yaxşılaşıb:
“Natiq daha yaxşıdır, artıq palataya köçürüblər. Günel də reanimasiyadan çıxarılıb, amma müalicəsi davam edir. Onların müalicə xərclərini Goranboy rayon rəhbərliyi öhdəsinə götürüb. Ümumilikdə kənddə sakitlikdir. İstintaq gedir, hadisə şahidlərinin, qatili tanıyanların, öldürülənlərin yaxınlarının ifadələri alınır”.
Qeyd edək ki, Goranboy rayon sakini Rafiq Müzəffər oğlu Hüseynov qayınatasının evinə silahlı hücum edib. Kürəkən evə qumbara ataraq bir ailəni məhv edib. Buna səbəb evləndiyi qızın mübahisə etdikdən sonra atası evinə getməsi və geri qayıtmaması olub.
Hadisə zamanı ölənlər - 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədovdur. 1986-cı il təvəllüdlü Natiq Allahverdi oğlu Məmmədov və 1984-cü il təvəllüdlü Günel Haqverdi qızı Məmmədova isə yaralanıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.