banner
banner

Dünya

Rusiyaya qarşı sanksiyaların müddəti artırılır

Rusiyaya qarşı sanksiyaların müddəti artırılır
Avropa İttifaqı dekabrda Brüsseldə keçiriləcək sammitdə Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzatmaq niyyətindədir. 
 
APA-nın xəbərinə görə, bu barədə “Reuters” Aİ-nin diplomatik dairələrindəki 5 mənbəyə istinadən məlumat yayıb.  
 
“Sanksiyaların genişləndirilməsi dekabrda nəzərdə tutulub. Ukraynada dəyişikliklər baş verməyib, odur ki,  sanksiyaların uzadılmaması üçün heç bir səbəb yoxdur”, - deyə mənbə bildirib.    
 
Məlumata görə, Aİ sanksiyaların müddətini Donald Trampın ABŞ prezidenti postunu icra etməyə başlayanadək  uzatmağa çalışacaq. Qeyd edək ki, andiçmə mərasimi 2017 ilin yanvarın 20-də keçiriləcək.  
 
“Əgər inauqurasiyadan sonra Tramp həqiqətən Putinlə münasibətləri bərpa edəcəksə, Aİ daxilində fikir ayrılığı daha da dərinləşəcək və Rusiyaya qarşı sanksiyaların müddətini  uzatmaq çətinləşəcək”, - deyə Aİ-dən bildirilib.   
 
Xatırladaq ki, Aİ sentyabrda Rusiya və Ukraynanın 146 fiziki şəxsinə və 37 hüquqi şəxsinə qarşı sanksiyaların müddətini 2017-ci ilin martınadək artırıb. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.