banner
banner

Dünya

ABŞ-da Tramp üsyanları - Fotolar

ABŞ-da Tramp üsyanları - Fotolar
Birləşmiş Ştatlara yeni seçilmiş prezident Donald Trampın qələbəsi ölkənin böyük şəhərlərində etirazlarla qarşılanıb.

Küçələrə çıxan minlərlə insan "Trampa yox! İrqçiliyə yox" şüarları səsləndirib.
 
Nyu-York şəhərinin 5-ci Avenyu küçəsindəki "Tramp qülləsi" qarşısına toplaşan kütlə isə "Trampa nifrəti sevin!" şüarını səsləndirib.
 
Digər kütlə Vaşinqton şəhərində Ağ Evin qarşısına toplaşıb. "Mən dəhşət içərisindəyəm. Mən ailəmlə birlkdə Kubadan gəlmişəm və məni qəbul etdiyi üçün bu ölkəyə minnnətdaram. Mən dəhşətə gəlmişəm" deyə, kubalı mühacir bildirib.
 
Çikaqoda çox saylı insan şəhərin küçələrini bağlayıb. Filadelfiya, Boston, Los-Anceles, San-Fransisko və Siyetl şəhərlərinin mərkəzi küçələrində etiraz yürüşləri keçirilib.
 
Dünən səhər ispandillilərin çoxluq təşkil etdiyi Kaliforniyada məktəb və universitet tələbələri yürüş keçirib. Etirazçıların çoxu anti-mühacirət siyasətinə görə Tramp administrasiyasından qorxduğunu deyir.
 
Trampın seçkiqabağı kampaniyaları zamanı söylədikləri onu irqçi, seksist və ksenofob kimi qələmə verib.
 
Tramp tərəfi etirazlara münasibət bildirməyib.(Amerikanınsesi)
 
 
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.