Mətbuat Şurasının sədri Əflatun Amaşov Avropa Müstəqil Mətbuat Şuraları Alyansının 16-cı illik toplantısında iştirak üçün Brüsseldə səfərdədir.
CİA.Az xəbər verir ki, sabahdan öz işinə başlayacaq toplantı iki gün davam edəcək.
Ə.Amaşovun məruzə ilə çıxış edəcəyi tədbirdə Avropada fəaliyyət göstərən Mətbuat Şuralarının iş prinsipləri, həmçinin qitədə və dünyada söz azadlığının vəziyyəti, mövcud sahədəki tendensiyalar, internet media sahəsində tənzimləmə məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, Avropa Müstəqil Mətbuat Şuraları Alyansının 16-cı illik toplantısı ilə yanaşı, Brüsseldə postsovet ölkələrinin medianın özünütənzimləmə qurumları şəbəkəsinin də illik toplantısı keçirilir. Hazırda şəbəkəyə Azərbaycan sədrlik edir. Ə.Amaşov şəbəkənin ötən bir ildə gördüyü işlər barədə məruzə edib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.