“2017-ci ilin dövlət büdcəsində 641 milyon manat kəsir müəyyən olunub. Bu məni olduqca narahat edir. Keçən il büdcə kəsiri 1,7 milyard manat idi. Büdcə kəsirinin çox olmasından qorxmaq lazım deyil. Heç olmasa gəlirlərə nisbətən 10-15 faizdə götürmək lazımdır. Şəhid, əlil ailələrinə, digər sahələrə ayrılan xərcləri ödəməyin bir yolu var: büdcə kəsirini çoxaltmaq”.
Bu fikirləri parlamentdəki çıxışında deputat Tahir Kərimli bildirib. Spiker Oqtay Əsədov isə deyib ki, bu məsələyə büdcə müzakirələrində baxarıq.
Deputat Fazil Mustafa bəzi qurumların yüklərinin ASAN Xidmətin üzərinə qoyulmasına etiraz edib: “Kiminsə banka borcu olmasının ASAN Xidmətə nə aidiyyəti var? Niyə bu cür qurumu nüfuzdan salırlar? Bu məsələni ASAN Xidmətin üzərinə yükləmək bu xidmətin nüfuzunu bilərəkdən aşağı salmağa xidmət edir. Yoxsa kiminsə kredit borcu olmasına görə ona şəxsiyyət vəsiqəsi verməmək nə deməkdir? Bu, nonsensdir. Hətta cinayətkara da şəxsiyyət vəsiqəsi verilir”.
Deputat Zahid Oruc isə ABŞ-dakı seçkilərdən bəhs edib. O bildirib ki, bu seçkilərdə İŞİD-i dəstəkləyən qüvvələr məğlub oldu. Çıxışının sonunda Z.Oruc spikerə xitabən “hörmətli sədr, yəqin ki, sizin bu çıxışa reaksiyanız olacaq, amma bu, mənim şəxsi mövqeyim idi” deyib.
O.Əsədov isə cavabında “ay Zahid Oruc, mən sənə bir söz dedim? Söz istədin, mən də çıxışa şərait yaratdım” söyləyib. Z.Orucun təşəkkürünün qarşılığında sədr “mən də sənə təşəkkür edirəm” deyib.
Qeyd edək ki, texniki problem yarandığından sədr iclasın yekununda caric məsələlərə vaxt ayırıb.(musavat.com)
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.