banner
banner

Dünya

Tehranda havanın çirklilik dərəcəsi təhlükəli həddə çatıb

Tehranda havanın çirklilik dərəcəsi təhlükəli həddə çatıb
Tehranda havanın çirklilik dərəcəsi şəhərdə yaşayan bütün şəxslər üçün təhlükəlidir.
APA-nın Tehran bürosunun məlumatına görə, artıq 5 gündür ki, çirkli hava şəraiti davam edir.
Tehranda havanın çirklilik dərəcəsi elə bir həddə çatıb ki,  məktəblərdə idman dərsləri tətil olunub. Tehranda Havanın Keyfiyyətinə Nəzarət edən Təşkilat müxtəlif yaş qruplarından olan bütün vətəndaşlara məsləhət görüb ki, zərurət yaranmadıqca evdən çölə çıxmasınlar, şəhərdə fiziki işlər görməkdən çəkinsinlər.
 
Tehranda havanın çirkliliyi ilə mübarizə məqsədi ilə yaradılan Fövqəladə hallar komitəsi  elan edib ki,  avtomobillərin gediş-gəlişi üçün  məhdudiyyətlər tətbiq olunacaq.  Həmçinin Tehran şəhərində bu gündən tüstüləyən sərnişin avtobusların hərəkəti qadağan olunacaq.  İki gün Tehran şəhərində fəaliyyət göstərən qum mədənlərinin də fəaliyyəti dayandırılacaq.
 
Rəsmi məlumatlara görə, hazırda Tehranda 13 milyona qədər insan  yaşayır. Tehranda havanın çirkli olması bu şəhərin ən böyük problemlərindən birinə çevrilib. Tehran planetin ən çirkli şəhərlərinin siyahısında yer alıb. Hər il  payız və qış aylarında bu problem  ən yüksək həddə çatır və  bəzi vaxtlar dövlət idarələri və məktəblərin  tətil olması ilə nəticələnir. Bundan öncə dəfələrlə havanın çirkli olması ilə əlaqədar bütün idarə, təşkilat və məktəblərdə tətil olub.
 
Tehranda havanın çirkli olması səbəbindən hər il 4 mindən çox insan vəfat edir. Hazırda Tehranda əhalinin 40 faizi ictimai nəqliyyatdan, 60 faizi isə şəxsi avtomobilindən istifadə edir. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.