banner
banner

Hərbİ

Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri davam edir - FOTOSESSİYA

Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri davam edir
Silahlı Qüvvələrdə keçirilən irimiqyaslı təlimlərin planına əsasən qoşunların, döyüş texnikalarının, döyüş gəmilərinin, qüvvə və vasitələrin təyin olunan məntəqələrə çıxarılması həyata keçirilib.
 
Musavat.com-un  Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "həyəcan" siqnalı ilə qaldırılan qoşunların və komanda idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına, döyüş aviasiya vasitələrinin ehtiyat aerodromlarına, Hərbi Dəniz Qüvvələrinin gəmi və katerlərinin əməliyyat rayonlarına, Raket və Artilleriya Qoşunlarının birlik və hissələrinin müvəqqəti atəş və start mövqelərinə çıxarılması və yenidən qruplaşması sona çatdırılıb.
 
Təlimdə iştirak edən qoşunlar şərti düşmənin ehtimal olunan fəaliyyətlərinin qarşısının alınması məqsədilə, plana uyğun yaradılmış vəziyyətlərdə sərəncamda olan müasir vasitələrdən, idarəetmə sistemlərindən, silah və texnikalardan effektiv istifadə edilməsi üzrə tapşırıqları yerinə yetirirlər.
 





Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.