banner
banner

Gündəm

Gömrük Komitəsindən “Samur” postundakı “tıxac”la bağlı AÇIQLAMA

Gömrük Komitəsindən “Samur” postundakı “tıxac”la bağlı AÇIQLAMA

Xaçmaz Gömrük İdarəsinin Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” gömrük postunda avtonəqliyyat vasitələrinin sıxlığı tam aradan qaldırılıb.

Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Gömrük Komitəsi rəhbərliyinin  Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyinə rəsmi müraciəti və intensiv danışıqlardan sonra son 3 gündə 475 avtonəqliyyat vasitəsinin sərhəddi keçməsi təmin edilib.

Xatırladaq ki, Rusiya Federasiyası istiqamətində yerləşən sərhəd-keçid məntəqəsinin nəqliyyat vasitələrinin buraxılışını təmin etmək potensialının aşağı olması ilə əlaqədar Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda avtonəqliyyat vasitələrinin sıxlığı yaranmışdı.  Problemin operativ şəkildə həll edilməsi məqsədi ilə  noyabrın 11-dəDövlət Gömrük Komitəsi rəhbərliyi  Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyinə rəsmi müraciət edib, eyni zamanda həmin gün sərhəddə hər iki ölkənin gömrük və sərhəd xidmətlərinin nümayəndələri arasında görüş keçirilib.

Noyabrın 12-də isə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev şəxsən “Samur” gömrük postuna gedərək vəziyyətlə tanış olub.

Noyabrın 13-də isə yenidən Azərbaycan-Rusiya sərhədində Xaçmaz Gömrük İdarəsinin rəhbərliyi ilə Rusiya Federasiyası Federal Gömrük Xidmətinin Dağıstan Gömrük İdarəsininrəhbərliyi arasinda görüş keçirilib. Görüşdə son günlərdə sərhəddə avtonəqliyyat vasitələrinin sıxlığının yaranmasının səbəbləri və çıxış yolları müzakirə edilib,  tərəflər arasında bənzər problemlərə operativ müdaxilə edilməsinə dair protokol imzalanıb.

Onu da qeyd edək ki, bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Rusiya Federasiyası Federal Gömrük Xidməti rəhbərinin müavini Ruslan Davıdov arasında telefon danışığı olub.  Tərəflər son günlər Azərbaycan-Rusiya sərhədində mövcud vəziyyəti müzakirə edib və Komitə sədri  iki ölkə sərhədində yaranan  avtonəqliyyat vasitələrinin sıxlığı ilə bağlı problemin operativ şəkildə həllinə görə Rusiya tərəfinə təşəkkürünü bildirib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.