banner
banner

Sosİal

Yol hərəkəti qanununda nələr dəyişdi?

Yol hərəkəti qanununda nələr dəyişdi?
Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanunda (Qanun) dəyişiklikləri imzalayıb. Novator.az-ın məlumatına görə, qanunun 33-cü maddəsi (Nəqliyyat vasitələrini idarəetmə hüququ) yenilənib.
 
İndiyədək “BE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 19 yaşdan idi. Qanunda yenilik bunun üçün “B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində bir il təcrübə şərti qoyub.
 
“CE” və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu 21 yaşdan müəyyən edən norma qanundan çıxarılıb.
 
“CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 21 yaşdan olacaq, amma bunun üçün “C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində üç il təcrübə tələb ediləcək.
 
“D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərti ilə) veriləcək.
 
“DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 26 yaşdan olacaq. Bu hüquq 65 yaşadək və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində üç il təcrübəsi olan şəxslərə şamil edilir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.